Putin Ərdoğana zəng vurdu

25 İyun 2018 17:23 (UTC+04:00)

Trend-in məlumatına görə, prezidentlər iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

V.Putin ötən gün keçirilmiş prezident seçkilərində qalib gəlmiş R.T.Ərdoğanı təbrik edib.

Bundan başqa, tərəflər regional məsələlərdə, xüsusilə də Suriya məsələsində əməkdaşlığın vacibliyini vurğulayıb.

AzNews.az