İlham Əliyevdən Cibuti liderinə məktub

25 İyun 2018 18:03 (UTC+04:00)

AzNews.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Cibuti arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Cibuti xalqına əmin-amanlıq və rifah arzulayıram”.