“Hadisə ehtiyatsızlıqdan baş verib” - Azyaşlını öldürən Komitə nümayəndəsi

25 İyun 2018 19:31 (UTC+04:00)

Komitə sədri Tural Hüseynov APA-ya bildirib ki, Salyan rayon Polis Şöbəsində saxlanılan Əmrulla Aslanov hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib.

Qeyd edək ki, məlum hadisə bu gün rayonun Boranıkənd kəndində qeydə alınıb. Boranıkənd sakini, 1997-ci il təvəllüdlü Aslanov Əmrulla Nurulla oğlu idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə bacısı - 1994-cü il təvəllüdlü Məmmədova Günel Nurulla qızını və onun 4 yaşlı övladı - Əli Sahil oğlu Məmmədovu vurub. Uşaq hadisə yerində ölüb, ana isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, 4 yaşlı Əli Məmmədov həyətdə oynayarkən hərəkətdə olan maşının qabağına çıxıb. Bu zaman uşağı xilas etmək istəyən anası da yük maşınının altında qalıb.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az