Əlahiddə Ümumqoşun Orduda növbəti təlim uğurla başa çatdı - Fotolar

25 İyun 2018 21:41 (UTC+04:00)

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, komanda-qərargah təlimində qərargahlar tərəfindən əməliyyatların planlaşdırılması, praktiki fəaliyyətlərə cəlb edilmiş bölmələr tərəfindən döyüş atışlarının icrası və qəbul olunmuş qərarların Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması məşq etdirilib.

Təlim komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitlərdə bölmələrin fasiləsiz idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyıb.

AzNews.az