Azərbaycan neftinin qiymətində son vəziyyət

25 İyun 2018 23:49 (UTC+04:00)

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 74,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,09 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiymətinə gəlincə, 71,97 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,75 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 73,24 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,81 dollar/barel çoxdur.

AzNews.az