Rusiyada bir gündə 19 min hektar meşə yanıb

26 İyun 2018 09:11 (UTC+04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, indiyədək bölgədə 18,6 min hektardan çox sahəni əhatə edən 51 yanğın ocağı qeydə alınıb.

Hazırda Yakutiyada 38, Maqadan vilayətində 8, Çukotkada - 4, Kamçatkada isə 1 meşə yanğını davam edir.

Yakutiyanın iki rayonunda fövqəladə vəziyyət rejimi, daha 12-də yanğına qarşı xüsusi rejim tətbiq edilib.