AŞPA-da Səməd Seyidovun əvəzinə yeni həmməruzəçi təyin olunub

26 İyun 2018 12:32 (UTC+04:00)

APA-nın Avropa müxbirinin xəbərinə görə, bu barədə komitənin iclasında iştirak edən Serbiya nümayəndə heyətinin sədri Aleksandra Tomic məlumat verib.

Britaniyalı Robert Godvil yeni həmməruzəçi təyin olunub. Digər həmməruzəçi isə finlandiyalı Maria Guzennia olaraq qalır.