“Türk Ulduzları” Bakı səmasında uçuşlar edib - Fotolar

26 İyun 2018 12:44 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bu gün hərbi paraddan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçirilib.

Təyyarələrin nümunəvi uçuşlarını Dənizkənarı Milli Parkın ərazisindən çoxlu sayda insan izləyib.
Qeyd edək ki, “Türk Ulduzları” 2001-ci ilin avqustunda da Bakı səmasında nümunəvi uçuşlar həyata keçiriblər.