Azərbaycan Ordusunun qələbə çalacağı gün heç də uzaqda deyil - Deputat

26 İyun 2018 13:17 (UTC+04:00)

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, Azərbaycanda dövlətçiliyin mövcud olduğu bütün dövrlərdə ölkəmizin ərazi bütövlüyünü qoruyan şanlı Silahlı Qüvvələrimiz olub:

“Qısa zaman ərzində fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövründə də erməni qəsibkarlarına qarşı qəhrəmanlıqla mübarizə aparan Silahlı Qüvvələrimiz olub. Ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən Azərbaycanda hakimiyyətə gəldikdən sonra dövlətçiliyimizin bütün sahələri ilə yanaşı, ordu quruculuğu sahəsində də çox böyük işlərin görülməsinə başlandı və Azərbaycanın müasir ordusu yaradıldı. Ulu öndər Heydər Əliyevin dövlətçilik təcrübəsi bu sahədə də özünü göstərdi. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır”.

Deputat vurğulayıb ki, Azərbaycan ordusu öz şücaətini dəfələrlə, o cümlədən 2 il əvvəl aprel döyüşlərində, bu yaxınlarda isə Naxçıvanda, Günnüt kəndinin azad edilməsində