FİFA Argentina Futbol Assosiasiyasını cərimələyib - Davaya görə -Video

26 İyun 2018 13:30 (UTC+04:00)

"Report" "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, buna səbəb azarkeşlərin DÇ-2018-in D qrupunda Xorvatiya ilə matç zamanı davada iştirak etməsidir. Fanatlar həmçinin meydana kənar əşyalar atıb və təhqiramiz ifadələr işlədiblər.

Daha öncə Argentina millisinin bir qrup azarkeşinin Xorvatiya yığmasının fanatını döydükləri görüntülər yayılıb.

Qeyd edək ki, Argentina yığması sözügedən matçda Xorvatiyaya 0:3 hesabı ilə məğlub olub.