Küveytin baş nazirindən təbrik

26 İyun 2018 13:49 (UTC+04:00)

AzNews.az-ın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab prezident. Dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə zati-alinizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq hissi duyuram. Bu fürsətdən istifadə edərək, dost xalqlarımız arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrindən məmnunluğumuzu bildirirəm. Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına daha böyük tərəqqi və rifah arzulayıram”.