Həmyerlilərimizi öldürən şəxslər həbs olundu

23 Mart 2013 10:32 (UTC+04:00)


APA-nın firstnews.ru saytına istinadən verdiyi məlumata görə, 33 yaşlı Moldova vətəndaşı Oleq Olemskiy, 27 yaşlı Özbəkistan vətəndaşı Hikmətulla Tursunov və onun 25 yaşlı qardaşı İzzətullo Tursunov cinayəti törətməkdə şübhəli bilinirlər.

Ötən il fevralın 25-də O. Olemskiy və Tursunov qardaşları iki Azərbaycan vətəndaşını aldadaraq Leninqrad vilayətinin Kirişi şəhərində yerləşən "Mayak" qaraj kooperativə çağırıblar. Orada onları qətlə yetirən qatillər üstlərindəki 300 min rublu götürüblər.

Sonra isə azərbaycanlıların meyitlərini onların öz avtomobilinin yük yerinə qoyub, yandırıblar.

Öldürülən şəxslər əlvan metalların alveri ilə məşğul olublar.

Ötən il yanvarın 12-də isə Olemskiy Tursunovların köməyi ilə Kirişidə yerləşən "Əbədi məşəl" kompleksinin yanında dəmiryolu stansiyasına gedən kişini güdüb, sonradan ona pnevmatik tapança ilə hücum edərək, pullarını, noutbukunu və şəxsi əşyaları alıb.

Olemskiy və Tursunov qardaşları saxlanılıb. İş baxılması üçün məhkəməyə göndəriləcək.

AzNews.az