Müğənni keçmiş ərinə qalib gəldi - 100 min alacaq

26 İyun 2018 17:26 (UTC+04:00)

"Qafqazinfo"nun Türkiyə mediasına istinadən məlumatına görə, İstanbul 11-ci Asliyə Hüquq Məhkəməsində baxılan işlə bağlı son qərar elan edilib. Erhandan 1 milyon lirə (təxminən 500 min manat) mənəvi təzminat tələb edən Gülben istədiyini ala bilməsə də, məhkəmə 100 min lirə (təxminən 50 min manat) təzminat ödənilməsinə qərar verib.

AzNews.az