Aprel döyüşlərində şəhid olan polkovnikə sənədli film həsr olundu

26 İyun 2018 18:22 (UTC+04:00)

Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, təqdimat sabah Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq.

Mətbuat Şurasının təşəbbüsü ilə keçiriləcək toplantıda kütləvi informasiya vasitələrinin təmsilçiləri, dövlət rəsmiləri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, “Ruhun həsrəti” sənədli filmi Mətbuat Şurasının Veysəloğlu şirkəti ilə birgə layihəsi əsasında çəkilmiş sayca ikinci ekran işidir. Bundan öncə 2016-cı ilin aprel şəhidləri olan pilotlarımıza həsr olunmuş “Aprel şəkilləri” sənədli filminin təqdimatı olub.

AzNews.az