Kriştiano Ronaldo Bakıda

23 Mart 2013 11:03 (UTC+04:00)
DÇ-2014-ün İsrailə qarşı Təl-Əvivdə dünən keçirilən oyunundan (3:3) sonra Portuqaliya milli komandası Bakıya gəlib.

Qol.Az-ın məlumatına görə, martın 26-da millimizlə qarşılaşacaq Portuqaliya "Bakı"nın bazasında məşq keçəcək, oyundan bir gün öncə isə Tofiq Bəhramov adına stadionda hazırlığa çıxacaq.

Qeyd edək ki, cəzalı duruma düşdüyü üçün millimizlə oyunu buraxacağına baxmayaraq, "Real"ın hücumçusu Kriştiano Ronaldo da Bakıya gəlib.

AzNews.az