Tramp Ərdoğana zəng elədi

26 İyun 2018 19:07 (UTC+04:00)

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, telefon danışığında iki lider Türkiyə və ABŞ arasındakı strateji ortaqlığa diqqət çəkərək qarşıdakı dövrdə başda hərbi sahə olmaqla, ikitərəfli əlaqələrin hər sahədə inkişafı üçün qərarlı olduqlarını vurğulayıblar.

Menbiç məsələsində birgə yol xəritəsinin həyata keçirilməsi və terrorla mübarizə məsələlərində birlikdə çalışmağa davam edilməsinin önəmi qeyd edilib. D. Tramp və R. T. Ərdoğan 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək NATO zirvəsində görüşməyi səbirsizliklə gözlədiklərini bildiriblər.

AzNews.az