"Azərbaycan-Gürcüstan hərbi sahədə uğurlu əməkdaşlıq edir" - Levan İzoria

26 İyun 2018 19:51 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət Himnləri səsləndirilib.

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyindəki hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixinə nəzər salıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə eyni tarixdə yaradilan Azərbaycan Ordusu bu gün daha möhkəm, müasir infrastruktura, texnologiya və silahlara malikdir. O, Azərbaycan Prezident İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğıdan danışıb.

F.İbrahimov Azərbaycanın sosial iqtisadi inkişafı, üzləşdiyi problemlər, xüsusən Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Azərbaycan dövlətinin və ordusunun torpaqlarımızı hər an işğaldan azad etməyə qadir olduğunu bildirib. Bununla belə, Azərbaycanın munaqişənin sülh yolu ilə həllinə üstünluk verdiyini diqqətə çatdırıb.

Gürcüstanın müdafiə naziri Levan İzoria tədbirdə çıxış edərək Azərbaycan xalqını bayram munasibətilə təbrik edib. Bildirib ki, olkələrimiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə oldugu kimi, hərbi sahədə də uğurlu əməkdaşlıq edir. Nazir Gurcüstan, Azərbaycan və Türkiyə Silahli Qüvvələrinin çox ugurlu əkdaşlıq etdiklərini xususi qeyd edib.