ABŞ Türkiyəni təhdid etdi

26 İyun 2018 21:37 (UTC+04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yess Mitçell deyib.

“Biz açıq-aydın Türkiyəyə anlatdıq ki, “S-400”-lərin əldə edilməsi fəsadlarla nəticələnəcək. Biz “Sanksiyalar vasitəsilə ABŞ-ın düşmənlərinə qarşı mübarizə” haqqında qanuna uyğun olaraq sanksiyalar tətbiq edəcəyik”, - deyə Mitçell qeyd edib.

Onun sözlərinə görə, adıçəkilən sövdələşmə Türkiyə-ABŞ münasibətlərinə zərbə olacaq və əvvəlki əlaqələrin bərpasını çətinləşdirəcək.

AzNews.az