Bakıda fəhlə 13-cü mərtəbədən yıxılıb öldü

27 İyun 2018 10:17 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, "20-ci Sahə" adlanan ərazidə qeydə alınıb. Həmin ərazidə tikilməkdə olan 18 mərtəbəli binada fəhlə işləyən, 1985-ci il təvəllüdlü Fuad Oqtay oğlu Həsənov 13-cü mərtəbədən yıxılaraq ölüb.

Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az