“Facebook”un səhmdarları Zukerberqdən narazıdır

27 İyun 2018 10:22 (UTC+04:00)

"Report" "Business Insider"ə istinadən xəbər verir ki, "Facebook" səhmdarları sosial şəbəkə yaradıcısının şirkəti idarə etmək prinsipindən narazıdırlar.

Onların fikrincə, M.Zukerberqdən narazılıqları 2012-ci ildən - şirkətin hərraclara çıxdığı andan bəri ilk dəfə pik nöqtəyə çatıb. Ardıcıl qalmaqallardan - platformadan ABŞ-dakı seçkilərə təsir edilməsində istifadədən tutmuş "Cambridge Analytica" şirkəti tərəfindən istifadəçi məlumatlarının toplanmasının cəzasız qalmasına qədər - sonra aksionerlərin məyusluğu daha da artıb.

Narazı səhmdarlar hesab edirlər ki, şirkətin korporativ strukturu Zukerberqi icraçı direktor və İdarə Heyətinin sədri kimi toxunulmaz etdiyindən bütün problemlərə müvafiq reaksiya verilməyib.

AzNews.az