Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədrı Kamalə Ağazadə Bakıda keçiriləcək 14 yaşlı qızın toyu ilə bağlı Lerik rayon sakini Mirtəmən Sadıqovun dövlət orqanlarına müraciətini şərh edərkən deyib. Qurum sədri hüquq-mühafizə orqanlarını bu toyun qarşısını almağa səslədi:
“Lerik rayon sakini müraciət edib. Əgər atanın müraciəti varsa, buna hüquq-mühafizə orqanları, Aliə, Qadın, Uşaq Dövlət Komitəsi birmənalı şəkildə reaksiya verməlidir. Yəqin ki, bu toyun qarşısı ya alınacaq, ya da ört-basdır ediləcək. 14 yaşlı qız artıq Bakıdadır. Onun toyu “Sahil” restoranında olacaq”.
Qeyd edək ki, Bakıda 14 yaşlı qıza toy ediləcəyi gözlənilir.
Lerik sakini Mirtəmən Sadıqov Bakıda yetkinlik yaşına çatmamış qızının keçmiş həyat yoldaşı tərəfindən ərə verilməsinə qarşı çıxır, kömək üçün dövlət orqanlarına müraciət edir. Virtualaz.org xəbər verir ki, çarəsiz ata “Kanal 1” internet televiziyasına üz tutaraq azyaşlı qızının anası tərəfindən ərə verilməsinin qarşısının alınması üçün prezident İlham Əliyevdən, dövlət orqanlarından kömək istəyib..
Bahar RÜSTƏMLİ
AzNews.az