Dövlət Gömrük Komitəsinin sədrinə birinci müavin təyin edildi

27 İyun 2018 12:10 (UTC+04:00)

Komitədən "APA-Economics"ə verilən məlumata görə, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin birinci müavini təyin edilib.

Qeyd edək ki, İ. Hüseynov bir ay əvvəl Bakı Baş Gömrük İdarəsinə rəis təyin olunmuşdu. Bu təyinata qədər İ.Hüseynov Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb.

AzNews.az