APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Mırtı kənd sakini, 2009-cu il təvəllüdlü Süleymanov Murad Elnur oğlu yaşadığı evdə qabdakı benzini içərək zəhərlənib.
Mırtı kəndinin daha bir sakini, 2009-cu il təvəllüdlü Abdurrəhmanlı Kəmalə Razi qızı isə şüşə qabdakı sirkə turşusunu içərək zəhərlənib.
Uşaqlar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara tibbi yardım göstərilib. Hər iki hadisə ehtiyatsızlıq səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az