Mədəniyyət Nazirliyində yeni şöbələr yaradıldı - Təyinatlar oldu

27 İyun 2018 13:31 (UTC+04:00)

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, fərmana əsasən, Mədəniyyət Nazirliyi Aparatının, eləcə də Dövlət Xidməti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələri üzrə ştat vahidləri müəyyən edilib.

Fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı Mədəniyyət Nazirliyi Aparatının struktur vahidləri - şöbə və sektorları yaradılıb və nazirin müvafiq əmri ilə təsdiq edilib.

Mədəniyyət Nazirliyi Aparatının strukturunda yeni - Muzey işi və mədəni sərvətlərə nəzarət, Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı, Regional siyasət, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbələri, Elm və tədqiqatlar sektoru yaradılıb.

Mədəniyyət nazirinin müvafiq əmrinə əsasən, Aparatın şöbə və sektorlarına əməkdaşların təyinatı həyata keçirilib.

Nazirlik Aparatının əvvəlki strukturunda müxtəlif vəzifələrdə çalışmış 10 nəfərə yaxın şəxs öz ərizəsi ilə işdən ayrılaraq nazirliyin tabe müəssisə və qurumlarında müvafiq vəzifələrə təyinat alıb.