Hərbi vəziyyət dövründə teleradio məlumat və materialları hərbi senzuradan keçiriləcək

27 İyun 2018 14:40 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla qüvvəyə minən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunda əksini tapıb.

“Televiziya və radio yayımı haqqında” qanunun 2.2-ci maddəsinə əsasən, indiyə qədər teleradio yayımı sahəsində senzura yolverilməz olub. Qanunun bu maddəsinə də müvafiq dəyişiklik edilib, istisna hallar qeyd olunub.