FHN Şəmkir yanğını ilə bağlı məlumat yaydı - Yenilənib

27 İyun 2018 18:37 (UTC+04:00)

AzNews.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunun Aşağı Seyfəli kəndində dağlıq ərazidə quru ot və kol-kos yanır. Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

***

16:36

Şəmkir rayonunda yanğın hadisəsi baş verib.

APA-nın qərb bürosunun xəbərinə görə, yanğının Aşağı Seyfəli kəndi ərazisindəki ağaclıq, kolluq olan ərazidə qeydə alındığı bildirilir. Yanğın təxminən 10 hektar sahəni əhatə edir.

Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

***
16:05

Şəmkirdə meşə yanır.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Seyfəli kəndi ərazisində olan meşədə qeydə alınıb.

Yanğını söndürmək üçün əraziyə Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin avtomobilləri cəlb olunub.

Gəncədən də kömək məqsədi ilə bir yanğınsöndürən maşın çağırılıb.

Hazırda alovun söndürülməsi istiqamətində işlər aparılır.

AzNews.az