Trend-in məlumatına görə, xəstəlik əsasən Afrika ölkələrində geniş yayılıb.
Belə ki, Konqo Demokratik Respublikasında 11,1 min, Nigeriyada 5 mindən çox, Somalidə 1,6 min, Keniyada 1,1 min vəbaya yoluxma halı qeydə alınıb.
Hazırda Nigeriyanın iki ştatında epidemiyanın davam etdiyi deyilir. Adamava və Borno ştatlarında 2 mindən çox yoluxma halı qeydə alınıb. Epidemiloji vəziyyət təmiz suyun çatışmazlığı ilə əlaqədar pisləşməkdə davam edir.
AzNews.az