Soyğunçu “iş başında” yaxalandı

27 İyun 2018 17:31 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 26-da saat 8 radələrində metronun “28 May” stansiyasının girişində naməlum şəxs bir qadının çantasını açıq talama yolu ilə alaraq aradan çıxmağa çalışıb. Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində soyğunçuluq etməkdə şübhəli bilinən həmin şəxs yaxalanıb.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nadir İsrafilov olduğu müəyyən edilib.

Metropolitendə Polis Şöbəsində saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

AzNews.az