Gürcüstan-Türkiyə sərhəd keçid məntəqəsi bağlandı - Fotolar

27 İyun 2018 19:40 (UTC+04:00)

APA-nın yerli bürosunun Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, təhlükəsizlik baxımından “Sarpi” məntəqəsindən həm nəqliyyat, həm də piyada keçidi məhdudlaşdırılıb.

Sərhəd məntəqəsinin fəaliyyəti Türkiyə ərazisində qaya uçqununun fəsadlarının aradan qaldırılmasından sonra adi rejimdə bərpa olunacaq.

Uçqun nəticəsində Türkiyə jandarmanının iki əməkdaşının xəsarət aldığı bildirilir.