“Texniki məsələlərin müzakirəsinə başlanılacaq“

23 Mart 2013 14:59 (UTC+04:00)
İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yiqal Oalmor ölkəsinin Türkiyədən üzür istəməsindən sonrakı mərhələdə texniki məsələlərin müzakirəsinin başlanacağını bildiri

"Anadolu" Agentliyinə açıqlama verən sözçü gələn həftə prosesin sona çatdırılması üçün işlərin başlayacağını söyləyib.
Yiqal Oalmor "Baş nazirlərin üzr və təzminatla bağlı razılaşmasından sonra diplomatlar gələn həftə məsələylə bağlı texniki işlərin həllinə başlayacaq. İsraildə bir həftəlik dini tətil başlamasına baxmayaraq, işlər davam edəcək. Görüşlərdən sonra təzminat məsələsi sona çatacaq" deyib.

AzNews.az