Putin-Tramp görüşü bu şəhərdə baş tuta bilər - ABŞ liderindən açıqlama

27 İyun 2018 23:10 (UTC+04:00)

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

Onun sözlərinə görə, görüş Trampın da iştirak edəcəyi NATO-nun 11-12 iyul sammitindən sonra, Finlandiyanın paytaxtı Helsinkidə keçirilə bilər.

Tramp bildirib ki, Rusiya lideri ilə Suriya və Ukraynadakı vəziyyəti müzakirə etmək niyyətindədir.

AzNews.az