Meksikanın 1/8 finalda rəqibi Braziliya olacaq

27 İyun 2018 23:51 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu qələbə ilə Braziliya qrup birincisi olaraq pley-off mərhələsinə yüksəlib.

Serbiyaya 2-0 hesabı ilə qalib gələn Braziliya 1/8 finalda Meksika ilə qarşılacaq.

Oyunda qolları Paulinyo və Tiaqo Silva vurub. Onlar müvafiq olaraq 36 və 68-ci dəqiqələrdə fərqləniblər.

Qrupun digər oyunu İsveçrə və Kosta-Rika milliləri arasında olub. Bu oyunda 2-2 hesablı heç-heçə qeydə alınıb.

Beləliklə də Braziliya kimi İsveçrə də pley-offa adlaya bilib. İsveçrənin rəqibi isə İsveç yığması olacaq.