“Oğlum Rusiyadakı turniri çox bəyənir” - Tramp

28 İyun 2018 09:12 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, o, Rusiyanın möhtəşəm bir turnir təşkil etdiyini deyib:

“Hesab edirəm ki, Rusiya fantastik iş görür. Oğlum futbolu sevir və izləyir. Futbol pərəstişkarısınızsa, bu, çox maraqlıdır. Oğlum Rusiyadakı turniri çox bəyənir”.

Tramp 2026-cı ildə mundialın ABŞ, Meksika və Kanadada keçirilməsinə də toxunub: “ABŞ, Meksika və Kanadada keçiriləcək turnir üçün işlər görəcəyik. Biz seçilmişik və bu, şərəfdir”.

AzNews.az