“İsrail Türkiyənin bütün tələblərini qarşıladı“

23 Mart 2013 15:10 (UTC+04:00)
Xarici işlər naziri Əhməd Davudoğlu "TRT Haber"in baş redaktoru Əhməd Bökənlə "TRT Türk"ün baş redaktoru Nasuhi Güngörün suallarını cavablandırıb


Davudoğlu İsrailin üzr istədiyi telefon söhbətinə gətirən məsələnin detallarını açıqlayıb.

Nazir əvvəlki dövrlərdə indiki vəziyyətə yaxınlaşıldığını, İsrailin əvvəl "hazırıq" deyib, sonra geri addım atdığını söyləyib: "Bizə hər mərhələdə mesajlar göndərdilər. Hər mesajı qərarlı və konkret şəkildə cavablandırdıq. Bu gün sizlərə sürpriz kimi gələn bu vəziyyət əslində 3 ildir ilmə-ilmə işləndi. Uğurlu nəticələnməsi üçün bu proses gizli şəkildə aparıldı. İsrail Türkiyənin bütün tələblərini qarşıladı".

Davudoğlu bunun Türkiyə hökuməti üçün milli məsələ olduğunu vurğulayıb: "Nəhayət məntiq qalib gəldi və bu nöqtəyə gəldik.Millətimizin sahib çıxması da mühüm idi.Kimsə bunun əksini düşünmədi. Türkiyə heç vaxt blef eləmədi, heç vaxt təhqir ehtiva edən bir cümlə işlətmədi. Haqlı olduğu məsələdə qərarlı duruşunun qarşılığını aldı. İsrailin beynəlxalq hüquq cizgisinə gətirilməsi sülh yolunda mühüm mərhələdir"

AzNews.az