Paraşütlə tullanan ingilis idmançı dünyasını dəyişdi

28 İyun 2018 09:36 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, 40 yaşlı Robert Haqqarti İtaliyanın Aqordo əyalətində dəniz səviyyəsindən 2894 metr yüksəklikdə yerləşən hündürlükdən özünü aşağı atıb. İdmançının paraşütü açılsa da, müvazinətini itirdiyi üçün dağa çırpılaraq dünyasını dəyişib.

R.Haqqartinin 25 nəfərdən ibarət qrupla birgə səyahətə çıxarkən belə bir faciə ilə qarşılaşdığı bildirilir.

AzNews.az