Nazirlikdən AzNews.az-a verilən məlumata görə, Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, Fikrət Köçəri oğlu Babayev nazirliyin aparat rəhbəri təyin olunub.
Bundan əlavə, yeni yaradılan Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsinə Vüqar Şixəmmədov, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə İntiqam Hümbətov və Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri isə Aslan Cəfərov təyin olunub.
Bahar RÜSTƏMLİ
AzNews.az