Hər 100 yaşlı insandan ikisi heç evlənməyib

23 Mart 2013 15:20 (UTC+04:00)
Türkiyə Statistika Təşkilatının apardığı araşdırmalardan ölkədə 65 yaş və çox olan 110 min adamın heç evlənmədiyi bəlli olub.

Statistika təşkilatının işçilərindən birinin topladığı ``2012 ili qocalar statistikası ``da qeyd olunan məlumatlara görə, Türkiyədə 65 və bundan yuxarı yaş yaş qrupunda cəmi 5 milyon 670 min adam var. Bunların 2 milyon 468 minini kişilər, 3 milyon 202 minini isə qadınlar təşkil edir. Ailə vəziyyətlərinə nəzər yetirdikdə, qeyd edilən yaş qruplarının 60 faizinin (3 milyon 390 min) evli olduğu bəlli olub. Buradan da həmin yaş qrupunda 110 min adamın heç evlənmədiyi göstərilir. Evlənməyən bu yaşlıların 82 minini qadınlar, 28 minini isə kişilər təşkil edir. Başqa sözlə desək, hər 100 yaşlı insandan ikisinin heç evlənmədiyi bildirilir.

Xəyalə Məmmədova
AzNews.az