Ermənistanda həbslər davam edir

28 İyun 2018 11:54 (UTC+04:00)

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu gün məhkəmə Dövlət Mühafizə Xidməti rəisinin keçmiş müavini Vaçaqan Kazaryan barədə həbs qərarı çıxarıb. O, gəlirlərin gizlədilməsi və qanunsuz varlanmaqda ittiham olunur. İyunun 20-də onun evində axtarış zamanı təxminən 73 min dolar dəyərində Ermənistan dramı, 1110400 dollar, 230500 avro aşkar edilib. Həmçinin iyunun 25-də onun bank hesablarından 170 min dollar və 900 min dollar dəyərində Ermənistan dramı çıxarılıb.

Qeyd edək ki, Ermənistanda bu ay ərzində müdafiə nazirinin sabiq müavini, deputat Manvel Qriqoryan, onun həyat yoldaşı Nazik Amiryan və daha bir qohumu həbs edilib.

AzNews.az