Maduro ABŞ vitse-prezidentini “zəhərli gürzə” adlandırdı

28 İyun 2018 12:25 (UTC+04:00)

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, prezident televiziyada çıxışı zamanı Pensi “zəhərli gürzə” adlandırıb: “Zəhərli gürzə Maykl Pens hər dəfə ağzını açanda mən özümü daha da güclü hiss edirəm”.

Daha sonra Maduro ABŞ-ı onu hakimiyyətdən devirmək cəhdlərində ittiham edib və bunun qarşısını alacağına söz verib: “Biz qələbə qazandıq. Harada olsanız da, sizi məğlub edəcəyik”.

AzNews.az