Magistraturaya qəbul olan bakalavrların qeydiyyatı başladı

28 İyun 2018 12:42 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzindən (DİM) AzNews.az-a verilən məlumata görə, bakalavrlar qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər barədə məlumatı qəbul olduqları təhsil müəssisəsindən əldə edə bilərlər.

“Qeyd olunan müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər və onlar, boş qalan yerlərin müsabiqəsində də iştirak edə bilməyəcəklər”, -məlumatda qeyd olunub.