Azər Qasımlı azadlığa çıxıb

28 İyun 2018 14:00 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, A.Qasımlı barəsində seçilən inzibati həbs müddəti başa çatıb.

Xatırladaq ki, REAL üzvü barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Məhkəmənin qərarı ilə A. Qasımlı ötən ayın 29-u 30 sutka müddətinə azadlıqdan məhrum edilmişdi.

AzNews.az