APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Vladimir Putin və Donald Tramp arasındakı görüş iyulun 16-da Finlandiyanın paytaxtı Helsinki şəhərində keçiriləcək.
Kremlin mətbuat xidmətinin yaydığı məlumata əsasən görüşdə Rusiya-ABŞ münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, eləcə də beynəlxalq gündəmdə olan məsələlər müzakirə olunacaq.
***
14:42
Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın görüşəcəyi yer məlum olub.
Belə ki, Trend-in məlumatına görə, iki ölkə liderinin görüşü Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq.
Qeyd edək ki, bu barədə öz mənbəsinə istinadən xəbər verən "Fox News" telekanalı əlavə edib ki, görüş barədə bu gün yaxın saatlarda artıq rəsmən məlumat veriləcək.
AzNews.az