Daha bir futbolçu “Qarabağ”dan getdi

28 İyun 2018 15:49 (UTC+04:00)

AzNews.az klubun saytına istinadən məlumat verir ki, ukraynalı qolkiper Anton Kanibolotski ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

"Qarabağ" FK A.Kanibolotskiyə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.