“Bakı Metropoliteni”nə məxsus bina ƏMDK-nin sərəncamına verildi

28 İyun 2018 16:54 (UTC+04:00)

Bu barədə “APA-Economics” “Bakı Metropoliteni” QSC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd olunub ki, onlardan satılmış Ekskavator A310M-487 vasitəsi 4 559,77 manatdır. Silinən əsas vəsaitlər bir neçə hal istisna olmaqla tam aşındıqdan, müxtəlif daxili prosedurlardan keçdikdən sonra, qanunvericiliklə tələb olunan hallarda isə Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılaraq silinib və ya satılıb.

Bundan əlavə Cəmiyyətin Tikinti Departamentinin Yasamal rayonu, B.Məcidov küçəsi, 45A ünvanında yerləşən Texniki material bazasının 2 mərtəbəli inzibati binası Əmlak Məsələləri Dövlət Komitəsinin 13.07.2017-ci il tarixli 170120705476 saylı müraciətinə və təhvil-qəbul aktına əsasən həmin komitənin sərəncamına təhvil verilib.

AzNews.az