Dünyanın ən kök uşağı arıqlamağa başladı, hətta...

28 İyun 2018 17:31 (UTC+04:00)

Trend-in məlumatına görə, 14 yaşlı Mihir Cain aprel ayında mədəsindən əməliyyat olunduqdan sonra bu qədər çəki atıb.

Əvvəl 237 kiloqram çəkisi olan yeniyetmə hazırda 172 kiloqramdır. Qeyd olunur ki, tam sağlam şəkildə dünyaya gələn M.Cain yağlı yemək və qazlı içkilərə aludə olduğu üçün 8 yaşında 80 kiloqramadək kökəlib.

Həkimlər piylənmənin qarşısının alınması üçün ona dərmanlar yazıb və anasının sözlərinə görə, uşaq dərmanlardan sonra hərəkətliliyini itirib.

AzNews.az