Tərtərdə əl qumbarası aşkarlandı - Fotolar

28 İyun 2018 18:51 (UTC+04:00)

AzNews.az-a ANAMA-dan verilən məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tərtər Şəhər Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və DİN-in Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları həmin ərazidə məişət tullantıları sahəsinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən bir ədəd RQD-5 əl qumbarası aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının tapıldığı yerin ətrafında 120 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Yanvarın 1–dən iyunun 28-dək ANAMA tərəfindən ümumilikdə 3542 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə, piyada əleyhinə bir, tank əleyhinə dörd mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 97 min 35 kvadratmetr ərazi yoxlanılıb.