Rusiya Azərbaycan və Ermənistan XİN başçılarının görüşündən effektiv nəticələr gözləyir

28 İyun 2018 18:23 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan və Ermənistan XİN başçılarının qarşıdan gələn görüşü ilə bağlı suala cavab verib.

O, Rusiyanın nazirlərin gözlənilən görüşündən effektiv nəticələr gözlədiyini söyləyib:

"Əgər bu görüş razılaşdırılsa, baş tutsa, o zaman biz həqiqətən də effektiv nəticələr və yaxşı atmosfer arzulayırıq".