Cəlilabadda tövlə heyvanlarla birlikdə yandı

28 İyun 2018 19:43 (UTC+04:00)

AzNews.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Privolnoye kəndində ümumi sahəsi 240 kv.m olan tövlənin (taxta atmalar və dəmir örtükdən ibarət) taxta atmaları 200 kv.m sahədə və içərisinə yığılmış 7 ton ot bağlamasının 3 tonu yanıb.

Yanğın zamanı tövlənin içərisində olan 5 baş iri buynuzlu heyvan tələf olub. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.