Daha 2 komanda DÇ ilə vidalaşdı

28 İyun 2018 20:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu gün H qrupunda komandaların talehinə aydınlıq gəlib.

Yaponiya Polşa millisi ilə və Seneqal isə Kolumbiya yığması ilə qarşılaşıb.

Hər 2 oyunda minimal hesab qeydə alınıb.

Polşa və Kolumbiya milliləri 0-1 hesabı ilə qalib gəliblər.

Beləliklə də, Kolumbiya qrup lideri, Yaponiya isə qrup ikincisi olaraq 1/8 finala yolanıb.

Levandovskili Polşa və Sadio Maneli Seneqal isə qrupda qalaraq mundialı tərk ediblər.