Azərbaycan neftinin son qiyməti

28 İyun 2018 23:42 (UTC+04:00)

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 27-də 78,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,71 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 27-də 74,96 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 2,71 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 27-də 76,27 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,59 dollar/barel çoxdur.

AzNews.az